Seneqalda qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində 26 nəfər ölüb
Seneqalın şimalında qeyri-qanuni yollarla İspaniyaya keçməyə çalışan qeyri-qanuni mühacirləri daşıyan qayığın batması nəticəsində 26 nəfər həyatını itirib.
Yerli mətbuatda yayılan xəbərlərdə Kanar adalarına getmək üçün yola çıxan balıqçı gəmisinin paytaxt Dakardan təxminən 250 kilometr uzaqlıqdakı Saint-Luis şəhəri sahillərində çevrildiyi bildirilib.
İlkin məlumata görə, təxminən 300 qeyri-qanuni immiqrantı daşıyan qayığın batması nəticəsində 26 nəfər həyatını itirib.
Qayıqda Seneqal vətəndaşları ilə yanaşı Qvineya, Mavritaniya və Qambiya vətəndaşlarının da olduğu öyrənilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.