Pezeşkian: Təslim olmağa məcbur etmək cəhdləri uğursuzluğa məhkumdur



İran Prezidenti Məsud Pezeşkian dialoqa hər zaman hazır olduqlarını, lakin ölkəni təslim olmağa məcbur etmək cəhdlərinin uğursuzluğa məhkum olduğunu bildirib.

AFN.az xəbər verir ki, İranın rəsmi agentliyi IRNA-nın məlumatına görə, Pezeşkian Tehrandakı təcili yardım xidmətləri mərkəzinə ziyarəti zamanı mühüm bəyanatlar verib.

Beynəlxalq sistemdəki ikili standartları tənqid edən Pezeşkian hər hansı bir ölkəyə qarşı hərbi hücumun ümumi qəbul edilmiş prinsiplərə zidd olduğunu və ABŞ-İsrail koalisiyasının İrana qarşı apardığı müharibənin hüquqdan kənar olduğunu vurğulayıb. Hücumlar zamanı mülki vətəndaşların və sosial obyektlərin hədəf alındığına diqqət çəkən İran Prezidenti uşaqların öldürülməsinin, məktəb və xəstəxanaların dağıdılmasının beynəlxalq hüquq çərçivəsində heç bir əsasının olmadığını qeyd edib.

Pezeşkian ölkəsinin bütün təzyiqlərə rəğmən prinsipial mövqeyindən dönmədiyini bildirərək, "İran müharibə və sabitliyin pozulmasının tərəfdarı deyil və hər zaman dialoq və konstruktiv əməkdaşlığı müdafiə edib. Lakin bunun qarşılığında ölkəni təslim olmağa məcbur etmək cəhdləri də uğursuzluğa məhkumdur. İran xalqı belə bir yanaşmanı heç vaxt qəbul etməyəcək" deyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu