İran: Müharibənin bitməsi üçün İsrail hücumlarını şərtsiz dayandırmalıdır


İran Prezidenti Məsud Pezeşkian müharibənin sona çatmasının yeganə yolunun İsrailin heç bir şərt irəli sürmədən hücumlarını dayandırması olduğunu bəyan edib.



Prezident Pezeşkian bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.



Pezeşkian bildirib ki, biz hər zaman sülhün və əmin-amanlığın tərəfdarı olmuşuq: "Hazırkı şəraitdə bizə qarşı zorla qəbul etdirilən bu müharibənin bitməsinin yeganə yolu düşmənin şərtsiz olaraq hücumlarını dayandırmasısionist terrorçuların macərapərəst fəaliyyətlərinə sonsuza qədər son verilməsi üçün qəti təminat verilməsidir. Əks halda düşmənə verəcəyimiz cavablar daha sərt və peşmanedicə olacaq”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu