Pezeşkian İsrailin hücumları ilə bağlı xalqa müraciət edəcək

AFN.az xəbər verir ki, bu haqda İran prezidentinin “X” hesabında İsrailin bu ölkəyə zərbələr endirməsi ilə bağlı edilən ilk paylaşımda bildirilib.
“Sionist rejimin cinayətkar hücumundan dərhal sonra prezident və hökumət komandası hadisə yerinə nəzarəti öz üzərinə götürdü və hökumətin xüsusi iclası keçirildi. İnşallah sionist rejim bu gün əməlindən peşman olacaq”, - paylaşımda qeyd olunub.