Pezeşkian İlham Əliyevə təşəkkür etdi


“İƏT-in 17-ci sammitinə ev sahibliyi etdiyinizə görə, İlham Əliyev, sizə və Azərbaycan xalqına təşəkkür edirəm”.



AFN.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib.



İran lideri çıxışında cari ilin iyunun 13-də İsrail və İran arasında baş verən hərbi gərginliyə münasibət bildirib. Onun sözlərinə görə, iyunun 13-də İsrail İrana qarşı hücumlara başlayıb.



Pezeşkian qeyd edib ki, İran bu hücumlara cavab verib, bölgədə müharibənin baş verməsinin qarşısını alıb: “Bir çox qlobal təşkilatlar tərəfindən İslam Əməkdaşlıq Təşkilatının XİN rəhbərlərinin son iclasında İrana qarşı hücumlara sərt mövqe nümayiş etdirilib”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu