ABŞ-İran danışıqları bu gün yenidən başlayacaq



ABŞ Prezidenti Donald Tramp İran ilə danışıqların bu gün yenidən başlayacağını və razılaşmanın əldə olunacağına nikbin yanaşdığını bildirib. 

AFN.az xəbər verir ki, Donald Tramp Nyu-Cersidən Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.

Tramp planlaşdırılan hücumun təxirə salınmasından sonra ABŞ-İran danışıqlarının avqustun 3-də yenidən başlayacağını açıqlayıb.

ABŞ Prezidenti həmçinin Hörmüz boğazının açılmasıİranın nüvə silahından tamamilə imtina etməsi ilə bağlı yaxın zamanda razılaşmanın əldə oluna biləcəyinə dair nikbin olduğunu ifadə edib.

Tramp bildirib ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İran ilə aparılan danışıqlar onları bu həftəsonu planlaşdırdıqları genişmiqyaslı hücumu dayandırmağa sövq edib.

"Hazırda etdiyimiz iş onlarla danışıqlar aparmaqdır. Danışıqlar günortadan sonra başlayacaq, daha sonra isə hadisələrin necə inkişaf edəcəyini görəcəyik", - deyə Tramp bildirib. O əlavə edib ki, razılaşmanın əldə olunmasını və bunun sayəsində çoxlu sayda insanın həyatının xilas edilməsini arzulayır.

Tramp İranla razılaşmanın əldə ediləcəyinə inandığını vurğulayaraq deyib: "Onlar bunu etməyimizi istəmirdilər, açığı, Səudiyyə Ərəbistanı da bunu istəmirdi. Onlar hesab edirlər ki, Hörmüz boğazı və nəticə etibarilə İranın nüvə silahından imtina etməsi ilə bağlı razılaşma çox yaxın zamanda əldə olunacaq".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu