Trampdan “İranla razılaşa bilərik” mesajı


ABŞ prezidenti Donald Tramp Ağ Evdə Netanyahu ilə görüşü zamanı "İranla birbaşa danışıqlar aparırıq. Ola bilsin ki, əla olacaq bir razılaşma əldə olunsun. Şənbə günü ən yüksək səviyyədə görüşəcəyik və bunun necə olacağını görəcəyik" deyib.



ABŞ prezidenti Tramp və Netanyahu Oval kabinetdə keçirdikləri görüşdə gündəmlə bağlı mətbuat mənsublarına danışıb.

Tramp özünün İsrailin indiyə qədər görməyi düşündüyü ən yaxşı prezident olduğunu bildirib və “Belə olmaq mənim üçün şərəfdir” deyib.

İran məsələsini hərtərəfli müzakirə etdiklərini bildirən Tramp "Bu gün açığını desəm, İranla bağlı məsələləri müzakirə etdik. İranla birbaşa danışıqlarımız var, bunlar hazırda davam edir və danışıqlar şənbə günü də davam edəcək. Məncə razılaşmanın əldə olunması daha məqsədəuyğun olardı. Ümid edirəm ki, bu danışıqlar uğurlu olacaq" qiymətləndirməsini edib.

Həftə sonu davam edəcək İranla birbaşa danışıqlara işarə edən Tramp "İranla birbaşa danışırıq. Ola bilsin ki, əla olacaq bir razılaşma əldə olunsun. Bu, İran üçün həqiqətən çox gözəl olardı, bunu deyə bilərəm. Şənbə günü ən yüksək səviyyədə görüşəcəyik və bunun necə nəticələnəcəyini görəcəyik" deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu