Çilidə meşə yanğınları 112 nəfərin həyatına son qoyub


Cənubi Amerika ölkəsi Çilinin mərkəzi və cənub bölgələrində davam edən meşə yanğınları nəticəsində 112 nəfər həyatını itirib.



Yanğınlar yaşayış məntəqələri üçün təhlükə yaradıb və ölkədə fövqəladə vəziyyət elan edilib. Yanğınlarda həyatını itirənlərin sayı günü-gündən artır.

Təkcə Valparaisoda 7 min hektar ərazi yanıb. Ölkə üzrə 158 meşə yanğını barədə məlumat daxil olub. Güclü külək söndürmə işlərini çətinləşdirib.

Bəzi şəhərlərdə təxliyə əməliyyatları davam edir.

Çili prezidenti Qabriel Boric sosial media hesabında açıqlama verərək bildirib ki, yanğınlara müdaxilə etmək üçün bütün komandalar ölkənin mərkəzi və cənub bölgələrinə yönləndirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu