Çinin Sıçuan əyalətində geniş ərazini əhatə edən meşə yanğını davam edir


Çinin cənub-qərbindəki Sıçuan əyalətinin cənubunda başlayan meşə yanğınının geniş əraziyə yayılmağa davam etdiyi açıqlanıb.



Milli mətbuatda yer alan xəbərə görə, Qarzi Tibet Muxtar Prefekturasının Yajiang rayonunun kənd ərazisində martın 15-də başlayan meşə yanğını hələ də nəzarət altına alınmayıb.

Yanğın səbəbindən ətraf kəndlərdə yaşayan 3 min 396 nəfər təxliyə edilərkən, rayondakı su elektrik stansiyasının işçiləri ilə əlaqə yaratmaq mümkün olmayıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın ötən gün günorta saatlarında güclü külək nəticəsində dağ yamaclarına keçib.

Nazirlik 4-cü dərəcəli fövqəladə vəziyyət elan edərkən, söndürmə işləri üçün bölgəyə yanğınsöndürmə idarələrindən 1260 nəfər göndərilib.

Güclü külək səbəbiylə görmə qabiliyyətinin azalmasına görə qruplar dünən axşam işlərinə ara verib. Yanğını hələlik nəzarət altına almaq mümkün olmayıb.

Digər tərəfdən qonşu Yunnan əyalətinə bağlı Lincanq vilayətinin Vinşan Kuanq və Miao Muxtar Prefekturalarında meşə yanğınları başlayıb.

Lincanqdakı yanğın 5,33 hektar ərazini əhatə edib. Yanğın söndürmə işlərinə dəstək verən 3 yerli məmur həyatını itirdi.

Yanğınların insanların səhlənkarlığı ucbatından başladığı, adətən yaz aylarında yağıntılı olan rayonda havanın qeyri-adi quraq keçməsi səbəbindən yayıldığı təxmin edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu