Tunisdə 48 saat ərzində 16 meşə yanğını baş verib


Tunisin müxtəlif əyalətlərində iki gündə 16 yanğın baş verib.


Tunis Mülki Müdafiə Administrasiyasının sözçüsü Muaz Teria ölkə daxilində baş verən meşə yanğınları ilə bağlı yerli mətbuata açıqlama verib.

Teria bildirib ki, son 48 saatda Binzert, Cenduba, Silyana, Beca, Nabel, Kayravan, Kasrin və Gabes əyalətlərində meşə sahələrində 16 fərqli yanğın baş verib.

Bu yanğınların çoxunun söndürüldüyünü və ya nəzarət altına alındığını ifadə edən Teria bildirib ki, Cenduba, Silyana və Binzertdəkilər istisna olmaqla, digər yanğınlar nəzarət altına alınıb. Komandalar yanğınların davam etdiyi ərazilərdə işlərini davam etdirirlər.

Cenduba əyalətindəki Malula meşəsində 12 iyuldan bəri davam edən yanğının nəzarət altına alındığını bildirən Teria, güclü küləyin söndürmə işlərinə mane olduğunu deyib.

Teria, dünən etdiyi şərhdə, Maluladakı yanğında 450 hektar meşə sahəsinin zərər gördüyünü açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu