"iPhone" həvəskarlarına bəd xəbər: qiymətlər bahalaşacaq


“Apple” Çin mallarına tariflərin təsirini kompensasiya etməyə çalışaraq, bu payızda təqdim olunacaq yeni "iPhone" modellərinin qiymətlərini artırmağı planlaşdırır.


AFN.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, ABŞ-Çin ticarət razılaşması çərçivəsində tariflərin qismən azaldılmasına baxmayaraq, Donald Tramp administrasiyası tərəfindən smartfonlara tətbiq edilən 20%-lik tariflər qüvvədə qalır. Apple, yeni funksiyalara və cihaz dizaynına diqqət yetirərək, qiymət artımları ilə tariflər arasında birbaşa əlaqədən qaçmağa çalışır.

Mənbələrə görə, şirkət istehsalın bir hissəsini artıq Hindistana köçürməyə başlayıb, lakin flaqman "iPhone Pro" və "Pro Max" modellərinin istehsalı hələ də Çində cəmləşib. Analitiklər proqnozlaşdırırlar ki, 2026-2027-ci illərdə Hindistan ABŞ-da iPhone-lara tələbatı ödəyə biləcək, lakin Çin komponentlərin əsas tədarükçüsü olaraq qalacaq.

"Apple"ın baş direktoru Tim Kuk daha əvvəl tariflərin bu rübdə onun xərclərinə 900 milyon dollar əlavə edəcəyini bildirmişdi. Şirkət istehsalı ABŞ-a köçürmək imkanlarını araşdırır, lakin proses illər çəkəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu