İtaliya ABŞ-ın İrana zərbələri üçün bazalarını aça bilər


ABŞ prezidenti Donald Tramp İsrailin İrana qarşı hərbi əməliyyatına qoşulmağa qərar verərsə, İtaliya ABŞ-ı öz ərazisində hərbi bazalarla təmin edə bilər.



AFN.az xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti İtaliya hökumətindəki mənbələrə istinadən xəbər verib. Bildirilir ki, hələlik tərəfdaşlardan belə bir müraciət daxil olmayıb.



Nəşrin qeyd etdiyinə görə, Roma ehtiyatlı və ölçülüb-biçilmiş mövqe sərgiləyir. Bunun səbəbi isə İraq və Livanda yerləşən İtaliya hərbi kontingentidir ki, İranın xəbərdarlığı fonunda — əgər İsrailə dəstək verilərsə, digər ölkələrin bazalarının da hədəfə çevriləcəyi bildirilmişdi — bu qüvvələr potensial təhlükə ilə üz-üzə qala bilər.



Eyni zamanda, qəzet qeyd edir ki, yekun qərar Romaya məxsus olsa da, İtaliya hökuməti Vaşinqtona “yox” demək imkanına malik deyil. Söhbət NATO-nun Aveno, Viçensa, Neapol və Siciliya adasındakı Siqonella bazalarından gedir. Kanadada keçirilən “Yeddilər qrupu” sammitinin sonunda mətbuat üçün açıqlama verən İtaliya baş naziri Corcia Meloni bazalardan istifadə ilə bağlı suala konkret cavab verməkdən yayınıb. “Biz vəziyyəti zamanı gələndə dəyərləndirəcəyik. Bu cür qərarlar tələsik verilmir”, – deyə o, qeyd edib.



"La Repubblica" yazır ki, hər bir halda Roma ümid edir ki, ABŞ ilk növbədə Səudiyyə Ərəbistanı, Misir və Bəhreyndəki regional bazalardan istifadə edəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu