Qəçrəşdə meşəlik ərazidə ağaclar kütləvi kəsilib? - VİDEO


Qubanın Qəçrəş kəndində meşəlik ərazidə ağacların kəsilməsi ilə bağlı məlumat yayılıb.

AFN.az xəbər verir ki, ərazidə aparılan çəkiliş zamanı həqiqətən də çoxsaylı ağacların kəsildiyi, bəzi yerlərdə isə meşə örtüyünün seyrəldiyi müşahidə edilib.

Sakinlər deyirlər ki, əvvəllər sıx meşəlik olan ərazidə indi ağacların kəsilməsi nəticəsində mənzərə tamamilə dəyişib. İddiaya görə, ərazidə meyvə ağacları da olub.

Ərazinin sahibi olan Kamil Güləliyev isə bildirib ki, həmin ərazi onun şəxsi mülkiyyətidir və çıxarışı var. Onun sözlərinə görə, ərazidə meyvə ağacları olub və ev tikmək üçün kəsilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Quba-Qəçrəş yolunun Qudyalçay sahilində ağacların kəsilməsi faktı nazirliyin regional qurumlarının əməkdaşları tərəfindən aşkar edilib, sözügedən ərazinin meşə fonduna aid olmayan seyrək ərazi olduğu müəyyənləşdirilib.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan isə bildirilib ki, Qəçrəş kəndi ərazisində ağackəsmə faktı ilə bağlı rayon polis şöbəsində prosessual araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu