Yevlaxda ağır qəza: Ölənlər və yaralananlar var - YENİLƏNİB


Yevlaxda baş verən qəza zamanı hadisə yerində həyatlarını itirənlər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yevlax rayon şöbəsinə təhvil verilib.

Qəza zamanı xəsarət alanlardan 2 nəfəri Yevlax Şəhər Mərkəzi Xəstəxanasına, digər 3 nəfər isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ölən və xəsarət alanların kimliyi dəqiqləşdirilir.

***

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AFN.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, qəza Salahlı kəndi yaxınlığından keçən avtomobil yolunda qeydə alınıb.

Hadisə zamanı “Mercedes” və “Naz Lifan” markalı avtomobillər toqquşub. Nəticədə iki nəfər hadisə yerində ölüb, üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu