SEPAH Xameneyinin ictimaiyyət qarşısına çıxmama səbəbini AÇIQLAYIB
İranın Ali Lideri Müctəba Xameneyi yalnız təhlükəsizlik mülahizələrinə görə ictimaiyyət qarşısına çıxmır.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müşaviri Məhəmməd Rza Nəğdi bildirib.
"Bu strategiya onun öz işidir. Düşmənlərimiz cinayətkardır və qanuna tabe olmurlar. Təbii ki, bu, təhlükəsizlik mülahizələrinə görədir. Şübhəsiz ki, başqa bir səbəb yoxdur", – deyə o, jurnalistlərin Xameneyinin nə üçün ictimaiyyət arasında görünməməsi ilə bağlı sualı cavablandırarkən deyib.
Bununla belə, SEPAH baş komandanının müşaviri Xameneyi ilə şəxsən görüşüb-görüşmədiyi barədə suala cavab verməkdən yayınsa da, əlavə detallara toxunmayıb.
Müctəba Xameneyi ABŞ və İsrailin İrana qarşı keçirdiyi, atası – İslam Respublikasının əvvəlki ali lideri Əli Xameneyinin həlak olduğu hərbi əməliyyatın başlanmasından bəri bir dəfə də olsun ictimaiyyət qarşısına çıxmayıb.


