İtaliya Ukraynaya 9-cu hərbi yardım paketini hazırlayır


İtaliya Ukraynaya "Samp-T" hava hücumundan müdafiə sistemini daxil edəcək doqquzuncu hərbi yardım paketini hazırlayır.


AFN.az xəbər verir ki, bu barədə yerli “La Repubblica” qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Ukraynaya tədarük edilən İtaliya silahlarının xüsusi siyahısı təsnif edilir, lakin məqalə müəllifinə görə, yeni təchizatlara artilleriya və “Stinger” yer-hava raketləri daxil ola bilər.

"İtaliya beş qurğuya sahibdir, onlardan Slovakiyada yerləşən sistemin göndərilməsi nəzərdə tutulur. İki qurğu İtaliyanın hava məkanını qoruyur, üçüncüsü isə Küveytdədir. Dördüncüsü ehtiyatdadır" - deyə, nəşr qeyd edib.

Qəzet hökumətin yeni paketi iyunun 13-15-də Apuliyanın cənub bölgəsində baş tutacaq G7 görüşündən əvvəl rəsmiləşdirmək istədiyini öyrənib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu