ABŞ Ukraynaya 2,1 milyard dollarlıq yeni hərbi yardım paketi ayırır


ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırmaq qərarına gəlib.


AFN.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Paketdə hava hücumundan müdafiə (AD) və sursat daxil olmaqla 2,1 milyard dollarlıq yeni hərbi yardım nəzərdə tutulur. Bu barədə Pentaqonun yaydığı bəyanatda deyilir.

Sənəddən belə çıxır ki, bu silahlar Amerika tərəfindən istehsalçılardan və ya tərəfdaşlardan alınaraq Ukraynaya təhvil veriləcək. Söhbət xüsusilə "Hawk" zenit-raket sistemlərindən, 105 mm və 203 mm çaplı artilleriya mərmilərindən, "Puma" pilotsuz təyyarələrindən, lazer yönləndirmə sisteminə malik raket sistemlərindən gedir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu