ABŞ-da hərbi helikopterin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub
ABŞ-ın Texas ştatında hərbi helikopterin qəzaya uğradığı və 2 pilotun həyatını itirdiyi bildirilib.
AFN.az xəbər verir ki, Bell County Şerif Ofisindən verilən açıqlamada Fort Hood hərbi bazasından havaya qalxan AH-64 Apache tipli helikopterin Salado şəhəri yaxınlığında tarlaya düşdüyü bildirilib.
Açıqlamada helikopterdə olan 2 pilotun qəza nəticəsində həyatını itirdiyi qeyd olunub.
Qəzadan sonra ərazidə böyük yanğın baş verdiyi bildirilən açıqlamada, qrupların yanğına müdaxilə etdiyi qeyd edilib.
Yerli rəsmilər helikopterin düşdüyü zaman hər hansı binaya və ya tikiliyə çırpılmadığını, boş tarlaya düşdükdən sonra alovlandığını bildiriblər.
Fort Hood hərbi bazasından verilən açıqlamada da qəzaya uğrayan helikopterin AH-64 Apache hücum helikopteri olduğu təsdiqlənib.
Baza komandiri briqada generalı Ethan Diven əsas prioritetlərinin yanğının davam etdiyi ərazini təhlükəsiz vəziyyətə gətirmək olduğunu bildirib.


