Qlobal elektrikli avtomobil satışları iyulda illik müqayisədə 9 faiz artaraq 1,85 milyon olub



Dünyada iyul ayında satılan elektrikli avtomobillərin sayı illik müqayisədə 9 faiz artaraq 1,85 milyon olub. Bu ilin yanvar-iyul dövründə ümumi elektrikli avtomobil satışları isə 11,5 milyona çatıb.

AFN.az xəbər verir ki, Londonda yerləşən məlumat analitikası şirkəti “Benchmark Mineral Intelligence” iyul ayına dair qlobal elektrikli avtomobil satışları ilə bağlı məlumatları yayımlayıb.

Məlumata görə, dünyada iyul ayında 1,85 milyon elektrikli avtomobil satılıb. Bu rəqəm illik müqayisədə 9 faiz artıma, lakin aylıq müqayisədə 10 faiz azalmaya uyğun gəlib. Beləliklə, yanvar-iyul dövründə qlobal elektrikli avtomobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 11,5 milyona çatıb.

Avropada elektrikli avtomobil satışları iyul ayında illik müqayisədə 33 faiz artaraq 450 min olub, lakin satışlar aylıq müqayisədə 17 faiz azalıb. Avropada yanvar-iyul dövründə satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz artaraq 3 milyona çatıb.

Avropada iyul ayında satışların əvvəlki ayla müqayisədə azalmasında tətil dövrü səbəbindən yaranan durğunluq təsirli olub.

Çində elektrikli avtomobil satışları iyul ayında illik müqayisədə 5 faiz azalaraq 980 min, yanvar-iyul dövründəki satışlar isə 12 faiz azalaraq 5,9 milyon olub. İlə zəif başlayan Çin bazarında yaxşılaşma əlamətləri müşahidə edilərkən, elektrikli avtomobillərə tətbiq edilən vergi dəyişikliklərinin 2027-ci ildə satışları dəstəkləyəcəyi gözlənilir.

Şimali Amerikada isə satışlardakı azalma iyul ayında da davam edib və illik müqayisədə 27 faiz geriləmə qeydə alınıb. Bölgədə iyul ayında 140 min elektrikli avtomobil satılarkən, yanvar-iyul dövründə satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz azalaraq 900 min olub.

Dünyanın qalan hissəsində isə elektrikli avtomobil satışları iyul ayında illik müqayisədə 97 faiz artaraq 280 minə, yanvar-iyul dövründə satışlar isə 96 faiz artımla 1,7 milyona çatıb.

“Benchmark Mineral Intelligence” şirkətinin baş elektrikli avtomobil analitiki Corc Vitkombe elektrikli avtomobil satışlarında regional fərqlərin nəzərəçarpacaq dərəcədə davam etdiyini bildirib.

Avropadakı qanunvericilik tənzimləmələrinin və subsidiyaların bölgədəki güclü artımı dəstəkləməyə davam etdiyini bildirən Whitcombe “Çin isə ilə yavaş başladıqdan sonra toparlanma əlamətləri göstərməyə başlayıb. İyul ayında elektrikli avtomobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 5 faiz azalıb. Şimali Amerikanın elektrikli avtomobil bazarı ikinci rübdə birinci rüblə müqayisədə daha müsbət mənzərə nümayiş etdirsə də, iyul ayında illik müqayisədə daha nəzərəçarpacaq azalma göstəriciləri yenidən ortaya çıxıb. Aylıq satışlar ABŞ-da elektrikli avtomobillərin qəbulunu dəstəkləmək məqsədilə tətbiq edilən və vergi güzəşti vasitəsilə təmin olunan federal dəstəyin 2025-ci ilin sentyabr ayının sonunda ləğv edilməsindən əvvəl qeydə alınan fövqəladə artımla müqayisə edilir” deyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu