ABŞ-da keçirilən sorğu: Trampa dəstək 33 faiz səviyyəsindədir
ABŞ-da keçirilən sorğu Prezident Donald Trampın vəzifəsini icra etmə tərzini bəyənənlərin nisbətinin 33 faiz olduğunu göstərib.
AFN.az xəbər verir ki, The Economist və YouGov tərəfindən avqustun 7-10-da 18 yaşdan yuxarı 1589 iştirakçı arasında keçirilən sorğuda Prezident Trampla bağlı məmnunluq səviyyəsi qiymətləndirilib.
Məlumata görə, Trampın prezidentlik vəzifəsini icra etmə tərzini bəyənənlərin nisbəti 33 faiz olduğu halda, iştirakçıların 62 faizinin bunu bəyənmədiyi bildirilib.
Sözügedən dəstək göstəricisinin Respublikaçı seçicilər arasında 79 faiz, Demokrat seçicilər arasında isə cəmi 4 faiz olduğu qeyd edilib.
ABŞ mediasında yayılan xəbərlərdə isə Trampın İran müharibəsi və iqtisadiyyat kimi məsələlərdəki mövqeyinin seçiciləri “parçaladığı” şərhi verilib.
Quinnipiac Universitetinin iyulun sonunda keçirdiyi sorğuda da ümumi seçici kütləsi arasında Trampın prezidentlik fəaliyyətini uğurlu hesab edənlərin nisbətinin 32 faizə düşdüyü, Respublikaçı seçicilərin Prezidentə dəstəyinin isə 76 faizə gerilədiyi müəyyən edilmişdi.


