İtaliyada helikopter qəzası: 3 nəfər ölüb
![](/uploads/posts/2025-02/helikopter-1487441_1.jpg)
İtaliyanın şimalında Parma şəhəri yaxınlığında helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.
Ötən gün saat 19:30 radələrində İtaliyanın Parma şəhərinin Kastelqelfo şəhərində helikopter qəzaya uğrayıb. Helikopterdə olan iki pilot və iş adamı Lorenzo Rovaqnati qəza nəticəsində həyatını itirib.
Bildirilib ki, qəza sıx duman səbəbindən görmə qabiliyyətinin azalmasından qaynaqlanan pilot səhvindən və ya quyruq rotorunda mexaniki nasazlıq nəticəsində baş vermiş ola bilər.
Qeyd edilib ki, İtaliya Milli Uçuş Təhlükəsizliyi Agentliyi (ANSV) helikopterin qəzaya uğraması ilə bağlı araşdırmalara başlayıb, Parma Respublika Prokurorluğu isə helikopterin qara qutusunun tapılaraq araşdırılmasına göstəriş verib.