ABŞ ordusuna məxsus helikopterin qəzaya uğraması nəticəsində 3 əsgər həlak olub


ABŞ ordusuna məxsus helikopterin Meksika sərhədində qəzaya uğraması nəticəsində 3 əsgər ölüb, 1 əsgər isə yaralanıb.



ABŞ Şimal Birgə Əməliyyat Qüvvələri tərəfindən verilən açıqlamada, "UH-72 Lakota" model helikopterinin dünən sərhəd təhlükəsizliyi missiyası zamanı Texasın Rio Qreyd şəhəri yaxınlığında qəzaya uğradığı bildirilib.

Açıqlamada 2 Milli Qvardiya və 1 sərhəd zabitinin həlak olması, 1 əsgərin yaralanması ilə nəticələnən qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.

Rio Qreyd şəhərinin yerləşdiyi Starr rayon hakimi Eloy Vera yaralı əsgərin vəziyyətinin ağır olduğunu qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu