Slovakiya Ukrayna ilə qaz tranzitini müzakirə etmək istəyir
Slovakiyanın baş naziri Robert Fiko Koşitsedə Ukraynanın baş naziri Yuliya Svırıdenko ilə Kiyev hakimiyyətinin Rusiya qazının Ukrayna ərazisindən tranzitini dayandırması ilə bağlı görüşmək istəyir.
AFN.az xəbər verir ki, bu barədə Slovakiya mətbuatı məlumat yayıb. “Bizim fikrimizcə, Ukraynadan qaz tranzitinin dayandırılması məsələsi nəhayət həll olunmalıdır,” – deyə Fiko bildirib. Slovakiyanın baş naziri bu məsələ ilə bağlı ukraynalı həmkarı ilə dost kimi normal söhbət etmək niyyətində olduğunu vurğulayıb.
Koşitsedə Slovakiya və Ukrayna hökumət nümayəndə heyətləri arasında görüş keçirilir. Robert Fiko Ukrayna hökumətinin üzvləri ilə görüşdən əvvəl ölkənin Aİ-yə üzvlük planlarını dəstəklədiyini, lakin onun NATO-ya qəbuluna qarşı olduğunu qeyd edib.
