Slovakiya Ukraynaya əsgər göndərməyəcək - Fiko


Slovakiya heç vaxt Ukraynanın NATO-ya üzvlüyü ilə razılaşmayacaq və respublika öz hərbi personalını bu ölkəyə göndərməyəcək.


AFN.az xəbər verir ki, bu barədə Slovakiyanın baş naziri Robert Fiko Facebook hesabında bildirib.

“Avropa İttifaqının başqa dövlətin ərazisində xarici qoşunların sülhməramlı əməliyyatlarda iştirakı ilə bağlı qərarlar qəbul etmək səlahiyyəti yoxdur. Bu, yalnız BMT-nin müvafiq orqanlarında qəbul edilmiş qərar əsasında və ya Ukrayna ilə onun ərazisinə qoşun göndərmək arzusunu bildirmiş ayrı-ayrı ölkələr arasında ikitərəfli razılaşmalar əsasında mümkündür”, - deyən Fiko qeyd edib ki, Ukrayna ilə NATO-ya üzvlük məsələsində heç vaxt razılaşmayacaq. "Slovakiya özünün silahlı qüvvələrini heç vaxt Ukraynaya göndərməyəcək" - deyə hökumət başçısı əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu