Slovakiya Aİ-nin Kiyevə yardımında könüllülük tələb edir


Slovakiya Avropa İttifaqı ölkələrinin Ukraynaya hərbi yardım göstərərkən könüllülük prinsipinin tətbiqi təklifini irəli sürüb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə respublikanın baş naziri Robert Fiko feyzbuk vasitəsilə həmvətənlərinə videomüraciətində bildirib. O deyib ki, məsələ Aİ sammitində qaldırılıb.

“Biz təkid etdik ki, Ukraynaya hərbi yardım üçün Aİ fondlarına dəstək könüllü olmalıdır, əks halda biz Aİ xarici işlər naziri Kaja Kallasın bu təşəbbüsünə veto qoymuş olarıq, çünki heç kim Slovakiyanı prioritet daxili ehtiyacları hesabına Ukraynaya silah almaq üçün büdcəsindən 250 milyon avro xərcləməyə məcbur edə bilməz”, - deyə baş nazir bildirib.

Fiko qeyd edib ki, bütün Aİ ölkələri Avropa təhlükəsizliyinin gücləndirilməsinin zəruriliyi ilə bağlı fikirlərində yekdildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu