Ukrayna Aİ-nin əsas prioriteti olmalıdır - Kaja Kallas


Avropa İttifaqı 2022-ci ilin fevralından Ukraynaya 134 milyard avro yardım ayırıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Kaja Kallas Brüsseldə icma ölkələrinin səfirlərinin illik konfransında çıxışı zamanı deyib. O qeyd edib ki, Kiyevə daha çox kömək edilməlidir.

"Biz artıq 134 milyard avro yardım göstərmişik. Bunun təxminən 50 milyard avrosu hərbi yardımdır. Biz yardımın azaldılmasından danışa bilmərik, əksinə, onu artırmalıyıq" - deyə diplomat vurğulayıb.

Kallasın sözlərinə görə, Ukrayna Aİ-nin əsas prioriteti olmalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu