Borrell Aİ-nin Ukrayna ilə bağlı xərclərini açıqlayıb


Avropa İttifaqı Ukraynaya hərbi təchizat üçün artıq 42 milyard avro xərcləyib.


AFN.az xəbər verir ki, bunu Avropa İttifaqı diplomatik xidmətinin rəhbəri Cozef Borrell Brüsseldə keçirilən konfransda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, yardımın ümumi həcmi 110 milyard avroya çatıb ki, bu da ABŞ-ın yardımını üstələyir.

“Bu günə qədər biz Ukraynaya təkcə hərbi ehtiyaclar üçün 42 milyard avro göndərmişik, ilin sonuna qədər iqtisadi və maliyyə yardımını hesablasaq, bu, artıq 110 milyard avroya çatıb, yəni ABŞ-ın təmin etdiyindən daha çox” - deyə Borrell qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu