Aİ 2024-2027-ci illərdə Kiyevə illik 5 milyard avro həcmində hərbi yardım fondu yaratmaq niyyətindədir


Avropa İttifaqı Ukraynaya 2024-2027-ci illər üçün ildə 5 milyard avro həcmində hərbi yardım fondu yaratmaq niyyətindədir.


Bunu Aİ diplomatiyasının rəhbəri Xosep Borrell İspaniyanın Toledo şəhərində icma ölkələrinin müdafiə nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Mən 2024-cü ildən 2027-ci ilə qədər Avropa Sülh Fondu çərçivəsində işləyəcək fond yaratmağı təklif etdim. Bu, Ukraynaya dəstəyimizin əsas elementi olmalıdır. Fondun bir hissəsi olaraq biz hər il 5 milyard avro ayıracağıq” - deyə o bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu