Fransa 2024-cü ildə Ukraynaya əlavə 3 milyard avro hərbi yardım verəcək
Fransa 2024-cü ildə Ukrayna ilə təhlükəsizlik sazişi çərçivəsində Kiyevə 3 milyard avro dəyərində əlavə hərbi yardım göstərəcək.
Bunu Yelisey sarayında Ukrayna lideri Vladimir Zelenski ilə birgə mətbuat konfransında respublika prezidenti Emmanuel Makron bildirib. “Bu sazişin bir hissəsi olaraq, Fransa 2024-cü ildə Ukraynaya 3 milyard avroya qədər əlavə hərbi yardım göstərməyi öhdəsinə götürüb” - deyə o, o qeyd edib.
Makron bildirib ki, Ukraynaya 2022-ci ildə 1,7 milyard avro, 2023-cü ildə isə 2,1 milyard avro yardım ayrılıb. Onun sözlərinə görə, bu, Ukraynaya uzun müddət öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyə kömək edəcək. "Fransa həmçinin Ukraynaya bütün sahələrdə dəstəyi davam etdirməyi öhdəsinə götürüb: hərbi texnikanın tədarükü, müdafiə-sənayesi sahəsində əməkdaşlığı, o cümlədən birgə istehsalın inkişafı, təlim, kəşfiyyat, mülki yardım və s.", - deyə Fransa lideri bildirib.
Makron və Zelenski Ukrayna prezidentinin Parisə səfəri zamanı təhlükəsizlik sazişi imzalayıb.