Aİ 2025-ci ildən etibarən Kiyevə aylıq 1,5 milyard avro yardım edəcək - Kallas
Avropa İttifaqı (Aİ) 2025-ci ilin əvvəlindən Ukraynaya hər ay 1,5 milyard avro yardım edəcək.
Bu barədə Avropa Komissiyasının (AK) sədr müavini və Estoniyanın keçmiş baş naziri Kaja Kallas Aİ xarici işlər nazirlərinin görüşünə gələrkən bildirib.
Kallas Ukraynanı yanvar ayından etibarən ayda 1,5 milyard avroyla təmin edəcəklərini bildirib.
Bundan əvvəl, dekabrın 4-də Ukrayna Kiyevə 35 milyard avro məbləğində yardımın cəlb edilməsi üçün Avropa İttifaqı ilə anlaşma memorandumu və kredit sazişi imzalayıb. Qeyd edilib ki, vəsait Yeddilik Qrupu (G7) ölkələrinin ölkə büdcəsinə daxilolmaların artırılması üçün əlavə kreditlərin verilməsi mexanizmi ilə bağlı təşəbbüsün bir hissəsidir.