Slovakiya Ukraynaya yeni hərbi yardım paketi qəbul edib


Slovakiya hökuməti Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyib.


AFN.az-ın UNİAN-a istinadən xəbərinə görə, Slovakiyanın xarici işlər naziri Rastislav Kaçer bildirib ki, heç kimin Kiyevi təcavüzkarla danışıqlara məcbur etmək hüququ yoxdur. "Biz sizin mübarizənizdə sizə praktiki olaraq dəstəyi davam etdirəcəyik. Dünən hökumətimiz yeni müdafiə yardımı paketini təsdiqləyib. Bu, döyüş sursatları, böyük çaplı, həmçinin döyüşçülər üçün, isti paltarlar və digər avadanlıqlardır" - deyə Kaçer Kiyevdə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə mətbuat konfransında bildirib.
Nazir həmçinin vurğulayıb ki, şaxtalar yaxınlaşdığı üçün Slovakiya da Ukraynaya humanitar dəstək verəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu