Almaniya Ukraynaya yeni hərbi yardım paketini elan edib
Almaniya Ukraynaya yeni hərbi yardım paketini elan edib.
“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.
Yeni hərbi yardım paketinə 3 “Dachs” tankı, həmçinin “Leopard 2” tankları, “Marder” piyada döyüş maşınları, 70 M-G3 pulemyotu və düşmənin PUA-larını müəyyən etmək üçün 30 sensor daxildir.
Məlumata görə, “Marder” piyada döyüş maşınları artıq Ukraynaya göndərilib.