Fransa müasir tankları iki ay ərzində Ukraynaya çatdıracağına söz verib
AFN.az NTV-yə istinadən xəbər verir ki, müzakirə zamanı fransalı nazir ölkəsinin AMX-10RC-ləri iki ay ərzində Ukraynaya çatdıracağına söz verib.
Bundan əlavə, müdafiə nazirləri Ukrayna hərbçilərinin AMX-10RC-nin idarə edilməsi istiqamətində təlim keçməsi və Ukraynanın özünü təmin edə bilməsi üçün yaradılmış 200 milyon avroluq xüsusi fondun istifadəsi ilə bağlı məsələləri müzakirə ediblər.
Xatırladaq ki, daha əvvəl AMX-10RC təkərli tanklarının Ukraynaya təhvil verilməsi barədə qərarı Fransa prezidenti Emmanuel Makron açıqlamışdı. ABŞ həmçinin Kiyevə “Bradley” piyada döyüş maşınları, Almaniya isə “Marder” piyada döyüş maşınları vermək niyyətində olduqlarını açıqlayıb.