Ərdoğan Rutteni qəbul edib



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Baş katibi Mark Rutteni qəbul edib.

AFN.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən Prezident Ərdoğanın Türkiyənin ev sahibliyi ilə Prezident Dəftərxanasında keçiriləcək NATO Dövlət və Hökumət Başçılarının 36-cı Sammiti çərçivəsində NATO Baş katibi Rutteni qəbul etməsinə dair açıqlama verilib.

Məlumata görə, qəbulda NATO Ankara Sammitinin gündəliyi, regional və qlobal proseslər müzakirə edilib.

Prezident Ərdoğan görüşdə Türkiyədə keçiriləcək NATO Liderlər Sammitinin xeyirli olmasını arzulayaraq, Türkiyənin sammitə hazırlıqları tamamladığını bildirib.

Ankara Sammitində kollektiv müdafiədən müttəfiqlər arasında müdafiə sənayesi əməkdaşlığının artırılmasına qədər bir çox məsələnin müzakirə olunmasının vacibliyini vurğulayan Ərdoğan sammit çərçivəsində təşkil ediləcək Müdafiə Sənayesi Forumunun da diqqətlə izləniləcəyinə inandığını qeyd edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu