Ərdoğan: Ankara NATO sammitində mühüm qərarlara hazırlaşır

Türkiyə 2026-cı ildə paytaxtı Ankarada keçiriləcək NATO sammitində çox mühüm qərarların qəbulu üçün zəmin hazırlayacaq.
AFN.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunlarına dair çıxışında deyib.
O qeyd edib ki, bölgədə baş verən son hadisələr ölkə hakimiyyətinin Türkiyədə terrorun kökünün kəsilməsinə yönəlmiş başlatdığı prosesin nə qədər düzgün və strateji addım olduğunu təsdiqlədi.
Ərdoğan əlavə edib ki, Türkiyə öz milli təhlükəsizliyinə qarşı istənilən təcavüzkar hərəkətə qəti cavab verməyə hazırdır.