Ərdoğan: Türkiyə hələ İsveçin NATO-ya üzv olmasına hazır deyil


“Türkiyə hazırda İsveçin NATO-ya üzv olmasına hazır deyil”.


"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNN telekanalına açıqlamasında deyib.

“Çünki NATO ölkəsi terrorla mübarizə məsələsində qətiyyətli mövqe nümayiş etdirməlidir”, - o deyib.

Onun sözlərinə görə, rəsmi Stokholm terrorçu qrupların qollarının İsveçdə, Stokholm küçələrində sərbəst gəzməsinə icazə verməyə davam etdikcə, Türkiyə İsveçin NATO üzvlüyünə müsbət baxmayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu