Quido Krosetto: NATO Sammiti yaxşı nəticə verəcək şəkildə planlaşdırılıb
İtaliyanın Müdafiə naziri Quido Krosetto "Ankaradakı NATO Sammiti yaxşı nəticə verəcək şəkildə planlaşdırılıb" açıqlamasını verib.
AFN.az xəbər verir ki, İtaliyanın ANSA agentliyinin məlumatına görə, Krosetto bir proqrama göndərdiyi video mesajında beynəlxalq gündəmə dair qiymətləndirmələr aparıb.
Ankarada 7-8 iyul tarixlərində keçiriləcək NATO Sammiti ilə bağlı Krosetto "Ankaradakı NATO Sammiti yaxşı nəticə verəcək şəkildə planlaşdırılıb. Öhdəliklər yerinə yetiriləcək və hər bir ölkə öz üzərinə götürdüyü öhdəliklərin mühüm bir hissəsini icra etmiş halda sammitə qatılır. Bu baxımdan son sammitdə yaşadığımızdan daha böyük bir problem görmürəm" ifadəsini işlədib.
İtaliyalı nazir ABŞ Prezidenti Donald Trampın sammit boyunca deyəcəklərini və edəcəklərini də izləyəcəklərini vurğulayıb.
Prezident Tramp ilə İtaliyanın Baş naziri Corca Meloni arasında son həftələrdə gərginləşən münasibətlərdə də iki ölkə baxımından bir problem görmədiyinə diqqət çəkən Krosetto ABŞ ilə əlaqələrin əvvəlki kimi mükəmməl olduğunu qeyd edib.
Krosetto NATO-nun bir alternativinin olmadığını da bildirib.

