İtaliyanın müdafiə naziri Dubaydan hərbi təyyarə ilə qayıdıb


İtaliyanın müdafiə naziri Quido Krosetto Dubaydan Romaya hərbi təyyarə ilə qayıtdığını açıqlayıb.

Nazir bildirib ki, İrana qarşı hərbi əməliyyatlar səbəbindən regionda hava məkanının bağlanması nəticəsində Dubayda ailəsi ilə birlikdə çıxılmaz vəziyyətdə qalıb. Krosetto qeyd edib ki, dövlət resurslarından sui-istifadə ittihamlarının qarşısını almaq üçün şəxsi qərarı ilə hərbi reys üçün müəyyən edilmiş tarifdən üç dəfə artıq məbləği ordunun müvafiq bölməsinin hesabına köçürüb.

Müdafiə naziri "X" platformasında yazdığı statusda vurğulayıb ki, ABŞ və İsrailin İrana hücumuna cavab olaraq Dubayın hədəfə alınacağını kimsə gözləmirdi. O, dünəndən bəri mürəkkəb vəziyyəti idarə etmək üçün bütün texniki vasitələrdən istifadə etdiyini və ailəsini Dubayda qoyaraq təkbaşına hərbi təyyarə ilə geri döndüyünü bildirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu