NATO müdafiə nazirləri Ukrayna ilə bağlı telekonfrans keçirəcək


NATO-nun müdafiə nazirləri və alyansın baş qərargah rəisləri çərşənbə günü Ukrayna ilə bağlı telekonfrans keçirmək niyyətindədirlər.

AFN.az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Agentlik iddia edir ki, görüş iştirakçılarına Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında Alyaskada aparılan danışıqların nəticələri barədə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviç məlumat verəcək. Məsləhətləşmələrdə ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin (JCS) sədri Den Keynin də iştirakı gözlənilir.

NATO qərargahı və Pentaqon hələlik bu məlumatı təsdiqləməyib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu