NATO Hərbi Komitəsinin sədri üçün seçki tarixi bəlli olub


NATO ölkələrinin Baş Qərargah rəisləri sentyabrın 18-19-da Kopenhagendə keçiriləcək görüşdə alyansın Hərbi Komitəsinin yeni sədrini seçəcəklər.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, yeni rəhbər yanvar ayından etibarən bu vəzifədə mövcud sədr, admiral Cüzeppe Kavo Draqoneni əvəz edəcək.

NATO post üçün namizədlərlə bağlı hələlik rəsmi şərh verməsə də, Avropa mediası Bundesverin (Almaniya Silahlı Qüvvələri) baş müfəttişi Karsten Broyerin əsas namizəd olduğunu bildirir. Onun yeganə rəqibi Kanada Baş Qərargah rəisi, general-leytenant Cenni Karinyandır. O, seçiləcəyi təqdirdə NATO tarixində bu vəzifəni tutan ilk qadın ola bilər.

Lakin Brüsseldəki əksər mənbələr alman generalın seçilməsini demək olar ki, qaçılmaz hesab edirlər. Buna səbəb kimi Kanada və ABŞ arasındakı gərgin münasibətlər, həmçinin Vaşinqtonun Avropanın hərbi təhlükəsizliyinin təmin edilməsində əsas məsuliyyəti məhz Avropa ölkələrinin üzərinə qoymaq istəyi göstərilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu