Nepalın maliyyə naziri daşqının vurduğu ziyanı qiymətləndirib


Nepalda daşqın nəticəsində dəyən zərərin məbləği bir neçə milyard dollara çata bilər.

AFN.az xəbər verir ki, bunu ölkənin maliyyə naziri Svarnim Vaql "Bloomberg" agentliyinə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, ümumi itki və zərərin həcmi bir həftə ərzində qiymətləndiriləcək və yekun məbləğin ən azı bir neçə milyard dollar təşkil edəcəyi gözlənilir.

O həmçinin bildirib ki, Dünya Bankı digər layihələr üçün nəzərdə tutulmuş, lakin hələ bölüşdürülməmiş vəsaitinin ən azı 10 faizini Nepalın humanitar ehtiyaclarına yönləndirməyi öhdəsinə götürüb. Bu məbləğ təxminən 160 milyon dollar təşkil edəcək. Bundan əlavə, Asiya İnkişaf Bankı 5 milyon dollar ayırmağı planlaşdırır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu