Norveç Ukraynaya əlavə olaraq 630 milyon dollar ayıracaq


Bu il Norveç hökuməti krallığın büdcəsindən Ukraynaya 7 milyard kron (indiki məzənnə ilə 632 milyon dollar) məbləğində əlavə yardım ayıracaq.


Bu barədə Norveçin baş naziri Yonas Qahr Stör məlumat verib.

"Ukraynada vəziyyət daha ciddi və gözlənilməz hala gəldi" - deyə baş nazir NRK yayım korporasiyasına bildirib.

Ayrılan məbləğdən 6 milyard kron (540 milyon dollar) ölkəyə hərbi yardım göstərmək üçün nəzərdə tutulub. Qalan hissəsi humanitar və vətəndaş proqramlarının maliyyələşdirilməsinə gedəcək. Beləliklə, Norveç hökumətinin bu il Ukraynaya yardım üçün ayırdığı ümumi məbləğ 22 milyard krona (1,98 milyard dollar) çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu