Tokayev Qazaxıstandakı islahatların məqsədini açıqlayıb


Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ölkədə aparılan institusional islahatların yekun məqsədinin bütün hakimiyyət qollarında kadrların yenilənməsi, siyasətə yeni təfəkkürlü, yaradıcı və zəhmətkeş gənclərin gətirilməsi olduğunu bəyan edib.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, dövlət başçısı bu fikri yeni birpalatalı parlamentin – Qurultayın ilk sessiyasının açılışında çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, müasir dövrdə şablon qərarlara, köhnəlmiş baxışlara və bəsit populizmə ehtiyac yoxdur. Tokayev vurğulayıb ki, Qurultay ölkə qanunlarının modernləşdirilməsini təmin etməli, onları milli maraqları və cəmiyyətin aktual tələblərini nəzərə almaqla dövrün tələblərinə uyğunlaşdırmalıdır.

Xatırladaq ki, avqustun 23-də keçirilən seçkilərdən sonra fəaliyyətə başlayan Qurultayda hazırda deputatların andiçmə mərasimi keçirilir. Tokayev keçmiş Prezident Administrasiyasının rəhbəri və seçkilərdə səslərin çoxluğunu qazanmış "Ədalət" ("Əділет") partiyasının sədri Aybek Dadabayevin Qurultayın spikeri vəzifəsinə namizədliyini irəli sürüb. Dövlət başçısı bildirib ki, Qurultayın strukturu formalaşdırıldıqdan və hökumət istefaya getdikdən sonra vitse-prezident və baş nazir namizədliklərini təqdim edəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu