İlin son Ay tutulması başa çatdı
İlin son Ay tutulması hadisəsi başa çatıb.
AFN.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, Ay tutulması saat 11:01:41-də başa çatıb.
Vurğulanıb ki, tutulmanın maksimumu saat 08:12:53-də olub.
Qeyd edək ki, tutulma Avropa, Afrika, Asiya və Amerikadan görülüb.
Həmçinin Ay tutulmasının yalnız bir hissəsini səhər saat 05:23-dən 05:55-ə - Ay batana qədər Azərbaycan ərazisində müşahidə etmək mümkün olub.


