İslandiya referendumdan əvvəl Aİ-yə üzvlük danışıqlarına hazırlaşır


İslandiyanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlar üçün qrupların formalaşdırılmasına hazırlıq, avqustun 29-da keçiriləcək referendumdan əvvəl başlayıb.

AFN.az xəbər verir ki, bunu mənbələrə istinadən Avropa nəşri "Politico" açıqlayıb.

Nəşrin məlumatına görə, ölkə sakinləri referendumda danışıqların bərpası lehinə səs versələr, Aİ ilə danışıqlar bir neçə həftə və ya iki ay ərzində başlaya bilər.

İslandiya Aİ-yə üzvlük üçün müraciəti hələ 2009-cu ildə, maliyyə böhranı dövründə edib. 2013-cü ildə İslandiya hökuməti iqtisadiyyatın sabitləşməsi ilə əlaqədar üzvlük danışıqlarını dayandırıb, bu zaman inteqrasiyanın 33 mərhələsindən 11-i tamamlanmışdı. 2015-ci ildə Reykyavik Brüsseldən ölkəni Aİ-yə namizəd hesab etməməyi xahiş edib. İslandiya Maskina Tədqiqat İnstitutunun son sorğusuna görə, respondentlərin 51,3%-i danışıqların bərpası lehinə, 48,7%-i isə əleyhinə çıxıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu