İran XİN  ABŞ-la danışıqlara qayıtmağı mümkün sayır


İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ ilə danışıqlar prosesinə qayıtmağın hələ də mümkün olduğunu, lakin bunun üçün Vaşinqtonun təzyiq siyasətindən əl çəkməli olduğunu bəyan edib.

AFN.az xəbər verir ki, o bu barədə özünün "X" hesabında yazıb. "Diplomatiyanı konstruktiv məcraya qaytarmaq tamamilə realdır. Bunun üçün ABŞ sadə bir həqiqəti dərk etməlidir: təzyiq işə yaramır", - deyə nazir bildirib. Əraqçı ABŞ administrasiyasını dialoqu hörmət çərçivəsində aparmağa, İranın hüquqlarını tanımağa və öz öhdəliklərinə əməl etməyə çağırıb.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqton administrasiyasının hazırda İran hakimiyyəti ilə məsləhətləşmələr və görüşlər keçirməkdə maraqlı olmadığını bildirmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu