Norveçin yeni kralı rəsmi olaraq VIII Hokon adını götürüb


Norveçin vəfat etmiş monarxı V Haraldın oğlu olan yeni kral rəsmi olaraq VIII Hokon adını götürüb. Krallıq evi bildirib ki, monarxiyanın şüarı dəyişməz olaraq qalıb.

AFN.az xəbər verir ki, yenilənmiş məlumatda yeni monarxın fotosu ilə birlikdə "Əlahəzrət Kral VIII Hokon. Hər şey Norveç üçün" bəyanatı dərc olunub. "Hər şey Norveç üçün" şüarı krallıq evi tərəfindən artıq bir neçə nəsildir istifadə olunur və VIII Hokon da bu ənənəni saxlayıb.

Bəyanat Oslodakı Kral Sarayında yerli vaxtla saat 11:30-da Norveç Dövlət Şurasının iclası başladıqdan sonra verilib. Şuranın işində Baş nazir, hökumət üzvləri və dövlət başçısı kimi yeni kral iştirak edib. Qaydalara əsasən, belə iclaslarda taxtın varisi avtomatik olaraq kral səlahiyyətlərini üzərinə götürür, hökumətə sələfinin vəfatını rəsmən bildirir, öz kral adını və şüarını elan edir.

Dövlət teleradio şirkətinin (NRK) məlumatına görə, iclasda VIII Hokonun qızı İnqrid Aleksandra da iştirak edib. Babasının vəfatından sonra o, konstitusiyaya uyğun olaraq taxt-tacın birinci varisi – kronprinsessası olub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu