Avstraliyada evtanaziya bütün ölkə ərazisində leqallaşdırılıb
Avstraliyanın Şimal Ərazisi parlamentinin qəbul etdiyi yeni qanunla evtanaziya qadağasının son tətbiq olunduğu regionda da bu prosedur leqallaşdırılıb.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bununla da evtanaziya bütün Avstraliya miqyasında qanuni status alıb.
Yenilənmiş qanunvericiliyə əsasən, 12 ay ərzində ölümlə nəticələnə biləcək sağalmaz xəstəlikdən əziyyət çəkən hər bir şəxs bu prosedurun həyata keçirilməsi üçün müraciət edə bilər. Tibb işçilərinə isə xəstələrlə könüllü evtanaziya mövzusunu öz təşəbbüsləri ilə qaldırmaq qadağan edilir.
Şimal Ərazisi hələ 1995-ci ildə könüllü evtanaziyanı leqallaşdıran ilk region olmuşdu. Lakin iki il sonra Avstraliya federal hökumətinin qoyduğu qadağadan sonra həmin qanun ləğv edilmişdi.


