Hollandiyada bir qadına psixi sağlamlıq problemləri səbəbiylə evtanaziya icazəsi verildi


Hollandiyada Zoraya Ter Beekin “psixi sağlamlıq problemləri” səbəbiylə evtanaziya müraciəti qəbul edilib.



“The Guardian” qəzetinin yazdığına görə, 29 yaşlı qadının dözülməz ruhi ağrılar keçirməsi səbəbiylə qanunla “tibbi yardımlı ölüm” olaraq təyin olunan evtanaziyaya tezliklə məruz qalacaq.

Müraciət prosesinin yekunlaşması təxminən 3,5 il davam edən Ter Beekin psixi sağlamlıq problemləri səbəbiylə evtanaziya ediləcəyi xəbəri Avropada "tibbi yardımlı intihar" müzakirələrini yenidən alovlandırıb.

Ter Beek psixoloji xəstəlik səbəbiylə müraciətinin qəbul edilməsi ilə bağlı yaranan müzakirələri anladığını, lakin bu qanuni hüququn Hollandiyada 20 ildir həyata keçirildiyini və bundan bəhrələndiyini bildirib.

Ölümcül xəstələrə evtanaziya hüququ verən ilk ölkə olan Hollandiyada 2002-ci ildə sağlanmaq ümidi olmayan və dözülməz ağrılardan əziyyət çəkənlər üçün “tibbi yardımlı ölüm” haqqında qanun qəbul edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu