5 övladını öldürən qadın psixi ağrılarına görə evtanaziyaya əl atdı


Belçikada 16 il əvvəl 5 uşağını qətlə yetirən qadın psixoloji narahatlıq səbəbindən evtanaziya hüququndan istifadə edərək həyatına son qoyub.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, 28 fevral 2007-ci ildə Genevieve Lhermitte adlı qadın Mərakeş əsilli əri evdə olmadığı halda, 3-15 yaş arası Yasmine, Nora, Myriam, Mina və Mehdi adlı 5 uşağını qətlə yetirib. Dostuna vida məktubu qoyub sonra intihara cəhd edən qadın sağ qalıb. Lhermitte birinci dərəcəli qətlə görə mühakimə olunub. Psixiatrik müalicə alan qadın məhkəmə zamanı bildirib ki, övladlarını evdəki problemlərə görə öldürüb. Məhkəmə Lhermitteni 2008-ci ildə ömürlük həbs cəzasına məhkum edib.

Həyatı sonradan filmə mövzu olan belçikalı qadın 2019-cu ildə həbsxanadan çıxıb və ölkənin cənubundakı psixiatriya mərkəzinə göndərilib.

Lhermitte evtanaziya hüququndan istifadə edərək, burada qaldığı müddətdə "çəkdiyi mənəvi ağrıları aradan qaldıra bilmədiyi" səbəbiylə ölmək istəyib. Lhermittenin həyatı 28 fevral 2023-cü ildə, uşaqlarını öldürdükdən düz 16 il sonra xəstəxanada 56 yaşında sona çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu